banner
banner

Gündəm

AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir

AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Qurumdan Cia.az-a daxil olan xəbərə görə, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?