banner
banner

Hərbİ

Hərbi bileti olmayan şəxslərin nəzərinə

Hərbi bileti olmayan şəxslərin nəzərinə

Bəzi iş yerlərində hərbi biletin olmaması şəxsin işə qəbul prosesində maneə yarada bilər. Bəs hərbi bileti olmayan şəxslər hansı işlərdə çalışa bilməzlər?

Hərbi ekspert Üzeyir Cəfərov Metbuat.Az-a açıqlamasında bildirib ki, hərbi bileti olmayan şəxslərlə bağlı iki əsas kateqoriya mövcuddur. Birinci kateqoriyaya hərbi xidməti keçmiş, lakin hansısa səbəbdən hərbi bileti olmayan şəxslər daxildir. İkinci kateqoriya isə ümumiyyətlə, hərbi xidmət keçməyən, yəni hərbi bileti olmayan şəxslərdir:

“Azərbaycanda əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir və işə qəbul zamanı tələb olunan sənədlər arasında hərbi xidmət keçilməsini təsdiq edən sənəd – ya hərbi bilet, ya da rəsmi arayış olmalıdır. Bu sənədlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, DOST mərkəzləri və ASAN xidmət kimi orqanların məlumat bazalarında əks olunur. Hərbi bileti olmayan şəxslər, xüsusilə hüquq-mühafizə orqanlarında işləyə bilməzlər”.

 

Ekspertin sözlərinə görə, bəzi hallarda bu qaydaların pozulduğu müşahidə olunur:

“Məsələn, hərbi xidmət keçməyən şəxslərin yüksək vəzifələrdə çalışması, hətta alim adı daşıması halları mövcuddur. Hətta bəzi tanınmış şəxslərin hərbi xidmətdən yayınması ilə bağlı mətbuatda yazılar dərc olunub və həmin məlumatlar təkzib olunmayıb. Halbuki, hərbi bileti və ya rəsmi arayış bu cür iddialara ən sadə və rəsmi cavab ola bilərdi. Əslində, hərbi xidmət vətəndaşın Konstitusiya ilə müəyyən olunmuş borcudur. Bu borcu yerinə yetirməyən şəxsin dövlətə rəhbərlik etməsi, nazir və ya deputat kimi vəzifə tutması yolverilməzdir. Belə şəxslər cəmiyyətə nümunə ola bilməz. Türkiyə nümunəsində olduğu kimi, Azərbaycanda da hər bir vətəndaş hərbi xidmətdən keçməlidir və bu şərt dövlət strukturlarında karyera üçün vacib olmalıdır. Təəssüflər olsun ki, bəzən hərbi xidmətdə iştirak etməyən şəxslərin saxta yollarla hərbi bilet və hətta müharibə veteranı statusu əldə etdiyi hallara da rast gəlinir. Bu, acı bir reallıqdır və qarşısı alınmalıdır”.

Ü.Cəfərov Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və digər aidiyyəti qurumları bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. Ekspert deyib ki, hərbi xidmətdə olmayan şəxslərin dövlət vəzifələrində çalışmasının qarşısı sistemli şəkildə alınmalıdır.

Sevinc İbrahimzadə 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.