banner
banner

Cəmİyyət

Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT

Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT

Elvin Dadaşlı çoxsaylı qanun pozuntusuna yol verməkdə ittiham olunur

Salyan rayon sakinləri Babayev Tofiq Babacan oğlu və Dadaşov Fazil Ağababa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Keçmiş məktəb direktorunun fəaliyyətindən narazılıq edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Yazıb sizə bildirirəm ki, Elvin Yadulla oğlu Dadaşlı 2022-2024-cü illərdə Salyan rayonu, Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbində, 28.08.2024-cü il tarixində isə Salyan rayonu, Kərimbəyli kəndi, Həsən Şahbazov adına tam orta məktəbində direktor vəzifəsində işləməyə başlamışdır. 07.04.2025-ci il tarixində isə işdən azad edilmişdir.

E.Dadaşlı hər iki məktəbdə işlədiyi müddətdə ciddi nöqsanlara yol vermişdir. Bununla əlaqədar Respublika Prokrorluğuna, Korrupsiya İdarəsinə, Prezidentə, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə edilən şikayyətlərdən sonra Azərbaycan Respublikasının Baş Prokroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “qaynar xətti”nə daxil olmuş müraciətimizə “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq baxılmış və ümumtəhsil müəssisəsinə aid tədris pedoqoji sənədlərin aparılması və saxlanılması haqqında məlumatın tələblərinin kobudcasına pozulması müəyyən edilmişdir. Həmin nöqsanlara görə, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər görülmüş və o, 07.04.2025-ci il tarixində Kərimbəyli kənd tam orta məktəbindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir.

Əfsuslar olsun ki, Elvin Dadaşlının işdən azad edilməsini Şirvan-Salyan Regional Təhsil İdarəsi “direktorun öz ərizəsi”, “öz təşəbbüsü ilə işdən azad edilməsi” kimi göstərmişdir. Bu cür göstərilməsi Elvin Dadaşlı Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbində direktor işləyərkən Şirvan-Salyan Regional İdarəsinin sabiq müdiri Sənan Mənsimli ilə dostluq əlaqələrinin ən yüksək səviyyədə olmasından irəli gəlir. Sənan Mənsimli hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinə rəhbərlik etsə də, həm də Şirvan-Salyan Regional İdarəsinə öz dostları Hüseyn Hüseynli, Müşviq Dadaşov və digər həmyerlilərini yerləşdirməklə, oranı da idarə edir.Elvin Dadaşlını Kərimbəyli kənd orta məktəbindən işdən azad edildikdən sonra, Sənan Mənsimli onu da öz yanına apararaq, Ağdam rayon sektorunda ona iş vermişdir. Sual olunur: Salyan rayonu, Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta və Kərimbəyli tam orta məktəbindən kobud nöqsanlarla işdən azad edilmiş Elvin Dadaşlını Sənan Mənsimli nə məqsədlə məhz Qarabağ Regional Təhsil İdarəsinə aparmış və işlə təmin etmişdir? Hansı bağlardır ki, Elvinlə Sənan Mənsimlinin əlaqələrini birləşdirir?

Elvin Dadaşlının iki məktəbdə qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Prokrorluğuna, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə və digər təşkilatlara yazılan şikayətlərlə əlaqədar Salyan Prokrorluğunun böyük müstəntiqi, II dərəcli hüquqşünas Yaqubov Amil Fərhad oğlu tərəfindən araşdırma aparmışdır. Bildiririk ki, Amil Yaqubov araşdırmanın tam, hərtərəfli və şəffaf aparıldığını qeyd etsə də, ərizədə göstərilən bəzi ciddi nöqsanların üzərindən səthi keçməklə araşdırma həyata keçirilmişdir. Belə ki, şikayət ərizəsindən sonra məktəbin direktoru Elvin Dadaşlı Salyan Rayon Prokrorluğuna çağrılmış və ondan, eləcə də Elvin Dadaşlıya yaxın müəllimlərdən izahatlar alınmışdır. Fazil və Bəhruz müəllimin dediklərinə məhəl qoyulmamış və qeyd olunan nöqsanlar açılmamış qalmışdır.

Ərizədə göstərilən nöqsanlar məktəbdə araşdırılma aparılmadan, bəzi müəllimləri prokrorluğa dəvət etməklə araşdırılmışdır. Məsələn, Elvin Dadaşlı Arxarası məktəbinin direktoru vəzifəsində çalışan zaman VI sinif şagirdi olan oğlu 15 sentyabr 2024 cü il tarixindən 3 mart 2025-ci il tarixinə kimi həmin məktəbdə jurnalda adı olub, özü isə məktəbə gəlməyib. Bunun üçün də müəllimlər ona qiymət yazmayıblar. Elvin Dadaşlı Kərimbəyli məktəbinə keçəndən sonra, 2025-ci il martın əvvəlindən onu Kərimbəyli məktəbinə  yerdəyişmə etmiş və 1ay sonra isə Xalac kənd orta məktəbinə keçirmişdir. Elvin izahatında yazır ki, yerdəyişmə açılmadığı üçün onu müvəqqəti olaraq Kərimbəyli məktəbinə gətirib. Bəs, hansı əsasla yerdəyişmə təsdiqlənməmiş oğlunu Kərimbəyli məktəbinə gətirib? Bu uşağın sonrakı taleyi necə olacaq? Qiymət almadan sinifdən sinfə necə keçəcək?

Salyan prokrorluğuna çagrılan Arzu Əliyeva öz izahatında yazır ki, hal-hazırda Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbində direktor işləyir, arxarası məktəbində işlədiyi dövrdə Elvin Dadaşlıya əlavə dərs saatına görə pul verməyib. Ancaq Arzu Əliyeva səs yazısında deyir ki, “mənə verəcəyi əlavə dərs saatına görə Elvin Dadaşlıya 700 manat pul verəcəm. Həmin pulun 300 manatını Elvinin  atasının kartına atdım. Qalan 400 manatı isə sonra atacam”. Lakin sonradan aralarında problem yarandığı üçün qalan məbləği ona verməyib.Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Zeynalov Bəhruz Zöhrab oğlu öz izahatında bildirib ki,18 saat dərs yükünü Elvin Dadaşlı ondan alaraq vakansiyaya çıxarmış və ona 11 saat dərs vermişdir: “Hansı ki, mən həmin məktəbdə uzun illərdir çalışıram. Əlavə olaraq Elvin Dadaşlı bildirmişdir ki, mənə 700 manat ver, sənə 2 saat dərnək verim. İmkanım olmadığı üçün o pulu verə bilmədim O da dərsimi alaraq vakansiyaya çıxardı və mənə 12 saat dərs verməklə kifayətləndi.

Əhmədova Şövkət müəllim izahatında bildirir ki, Elvin Dadaşlı Arxarası məktəbində işlədiyi müddətdə normal çalışıb. Hansı ki, 2018-ci ildə riyaziyyat səhifəsi mart ayından sonra yazılmamış, ancaq Elvin Dadaşlı əmək haqqını almışdır. Bundan başqa, riyaziyyat fənni səhifəsi bəzi səhifələrdə Elvinin adında olsa da, başqa riyaziyyat müəllimi tərəfindən yazılmışdır. Xətlər yoxlanılarsa, bu, üzə çıxacaq.

Görüldüyü kimi, Salyan Prokrorluğunda aparılmış yoxlamaların nəticələri obyektiv, şəffaf və hərtərəfli aparılmamış və düzgün qərar verilməmişdir. Odur ki, aidiyyəti qurumlardan xahiş edirik, aşağıdakı qanyunsuzluqlar da yoxlanılmaqla, işin yenidən şəffaf, məqsəd güdülmədən yoxlanılmasına başlanılsın.

Digər faktları da diqqətinizə çatdırırıq:

- Səidə Şəmsəddin qızı Arxarası məktəbində müəyyən müddətdə məktəbə müəllim gətirilmişdir. Hansı məqsəd üçün? Məktəbin müəllimləri Səidə Şəmsəddin qızını görməyib və onu tanımadıqlarını bildiriblər.

- Elvin Dadaşlının Arxarası məktəbində direktor işlədiyi dövrlərdə Kimya fənni Ağayeva Tamella Əbülhəsən qızına verilmişdir. Halbuki, o, biologiya müəllimidir. Nəyə görə Elvin Dadaşlının direktor işlədiyi dövrlərdə Kimya fənni vakansiyaya çıxarılmamış və gizlədilmişdir?

- Elvin Dadaşlı Kərimbəyli kənd tam orta məktəbində direktor işlədiyi dövrdə - 2024-cü ilin noyabr, dekabr və 2025-ci ilin yanvar ayında keçrilmiş Bələdiyyə seçkilərində iştirak edən müəllimlərinin dərslərinin kimlər tərəfindən əvəz edilməsi, əlavə dərs cədvəli ilə uyğun olub-olmaması və əvəzolunma jurnalında necə əks olunması araşdırılsın. Əmr kitabı ilə əlaqəsi araşdırılsın.

- Kərimbəyli kənd tam orta məktəbində 2024-2025 tədris ilindsə yarımqruplara bölünən ingilis dili üzrə siniflər məktəbdə otaq çatmadığı halda bölünmüşdür. Otaq olmadığı halda siniflərin yarımqruplara bölünməsi maliyyə pozuntusu deyilmi?”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.