Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli diqqət mərkəzinə gəlib.
Cia.az Reportyor.info-a xəbər verir ki, Zemfira Hüseynbəyli bayram tədbirinə bahalı qızıl kolye ilə gəlib. Briliant daş-qaşlarla bəzədilmiş qızıl kolyenin qiymətinin 38 000 manat olduğu iddia edilir.
Şöbə müdirinin belə bahalı kolye taxması tədbir iştirakçılarının diqqətindən yayınmayıb.
Zemfira Hüseynbəyli İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əvvəl Mədəniyyət Nazirliyinin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib. O, 2021-ci ildə bu vəzifədən çıxarılıb. 2022-ci ildən isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində şöbə müdiri vəzifəsində çalışmağa başlayıb.
İddia olunur ki, Zemfira Hüseynbəyli bu vəzifəyə Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə təyin edilib. Fuad Quliyev sözügedən Agentliyin rəhbəri Zaur Mikayılovun qudasıdır.
Fuad Quliyev aparat rəhbəri təyin olunarkən gündəmə gəlmişdi. Mətbuat Zaur Mikayılovun qudasına yüksək vəzifə verməsini tənqid etmişdi.
İddialara görə, Zemfira Hüseynbəyli Fuad Quliyevin himayəsi nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində güclü fiqura çevrilib və bu səbəbdəndir ki, məmur olmasına baxmayaraq hər kəsin qarşısında bahalı kolye ilə görünməkdən çəkinmir.
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.