banner
banner

Şou

Məhkəmə Tolik barədə QƏRAR VERDİ

Məhkəmə Tolik barədə QƏRAR VERDİ

Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

Cia.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı Toliki məhkəməyə verib.

Bu gün keçirilən iclasda məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.

T.Əliyevin vəkili Ramil Vəliyev məsələ ilə bağlı danışaraq xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu deyib. O bildirib ki, şikayət həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Tarix Əliyevdən şikayət vermiş şəxs təhqir edilməyib, həmin şəxsin hər hansı hüququ pozulmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".