MN təcili MƏLUMAT YAYDI: Qoşun növləri və hərbi hissələr….
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyətlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrdən birində keçirilən toplanışda yanğın profilaktika işinin təşkili, binaların çardaq və zirzəmilərində nəzəri, avtomobil parkında isə yanğının söndürülməsi üzrə praktiki çalışmalar yerinə yetirilib.
Həmçinin hərbi hissənin yanğından mühafizə komandasının vəzifə borcları və hüquqları, yanğından mühafizə komandasının xidməti sənədlərinin təkmilləşdirməsi üzrə məşğələlər təşkil olunub.
Toplanışın keçirilməsinin əsas məqsədi yanğından mühafizə komandalarının bilik səviyyəsinin artırılması, hərbi obyeklərdə baş verə biləcək hər hansı yanğının söndürülməsi ilə bağlı praktiki vərdişlərin aşılanmasıdır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.