Xocalının Xanyurdu kəndinə 62 nəfər qayıtdı - FOTO
Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə – ümumilikdə 62 nəfərin köçürülməsi başa çatıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş mənzillərin açarları təqdim edilib. Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək. Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. “İllərdir həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir. Burada bizim üçün hər bir şərait yaradılıb,” – deyə keçmiş məcburi köçkünlər bildiriblər. Qeyd edək ki, Xanyurdu kəndinə köçürülmə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir. Xanyurdu kəndinə bundan əvvəl 33 ailə (122 nəfər) köçürülüb.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.