banner
banner

Təhsİl

Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edildi

Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul üçün avqustun 13-dən ixtisas seçimi elan edib.

Cia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.  

Bildirilib ki, boş qalan plan yerlərinə qəbul fevralın 16-sı və mayın 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Müsabiqəyə müəyyən minimal tələbləri ödəyən və ixtisas seçimində iştirak hüququ qazanan bakalavrlar buraxılırlar.

Vurğulanıb ki, magistraturaya qəbul olmuş bakalavrın müəyyən müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların indiki müsabiqədə iştirakına icazə verilmir.

Bakalavrlar müsabiqədə iştirak üçün avqustun 18-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisasların kodlarını qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisas kodunu seçə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.