Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də amerikalı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.
Cia.az xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə bildirib.
"Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ - Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram", - o qeyd edib. (Report)
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.