banner
banner

Sİyasət

Zelenski Ukraynanın təhlükəsizlik zəmanətlərini açıqladı

Zelenski Ukraynanın təhlükəsizlik zəmanətlərini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Avropa və ABŞ-dən almaq istədiyi üç təhlükəsizlik zəmanətinin adını çəkib.

Cia.az bu barədə “Strana.ua”ya istinadən xəbər verir.

Ukrayna liderinin sözlərinə görə, birinci zəmanət Ukrayna Silahlı Qüvvələrinin hazırkı sayını saxlamaqdan, ordunu Avropa və ABŞ hesabına maliyyə və silahla təmin etməkdən gedir.

İkincisi, Kiyev öz müttəfiqlərindən hərbi əməliyyatların mümkün bərpası ehtimalı ilə bağlı nə etməyə hazır olduqları barədə konkret məlumat almağa çalışır.

Üçüncüsü, Ukrayna, həmçinin Rusiyaya qarşı sanksiyaların saxlanmasını və dondurulmuş Rusiya aktivlərindən ölkənin bərpası üçün istifadə etməyi tələb edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.