3 ildir baba olan rejissor-aktyor Aqil M.Quliyev hələ də nəvəsini görə bilməyib.
Bu barədə o, "Qapqara" yutub layihəsində danışıb.
"Nəvəmin bu il 3 yaşı tamam oldu. Mən hələ də Moskvaya gedib çıxa bilməmişəm. Tərpənmək istəyirdim, bu hadisələr baş verdi. Hər şey yaxşıdır. Özümü 53 yaşlı insan və baba kimi hiss etmirəm. Bəlkə də, peşə mövzusuna çox dərin girmişəm. Bu işə çox vaxt ayırıram" deyə, Aqil M.Quliyev bildirib. (Axşam.az)
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.