“Quran”ı yandırması ilə gündəm olan Elxan Nəbiyev vəfat etdi
“Quran” kitabını yandırması, dini təfəkkürlü şəxslərlə sosial şəbəkələrdə mübahisələri ilə tez-tez gündəmə gələn Elxan Nəbiyev vəfat edib. Cia.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
E. Nəbiyevin uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Bəzi məlumatlarda isə onun həyatına qəsd etdiyi vurğulanıb.
Qeyd edək ki, yük avtomobili sürücüsü olan Elxan Nəbiyev xeyli vaxt idi Avropada yaşayırdı.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.