banner
banner

Təhsİl

Bu məzunların diplomu niyə tanınmır? - Ekspert

Bu məzunların diplomu niyə tanınmır? - Ekspert

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra hər il 20-35 min arasında abituriyent müsabiqədən kənarda qalır və onlardan bəziləri xaricdə təhsil almağa üz tutur. Əksəriyyət isə attestatla xaricdə təhsilə üstünlük verir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi xaricdə attestatla ali məktəbə qəbul olunan tələbələrlə bağlı danışarkən deyib.

Elçin Əfəndinin sözlərinə görə, attestatla qəbul aparan və keyfiyyətli təhsil verən universitetlərin sayı azdır:

“Dünya reytinqində yer alan bir neçə universitet istisna olmaqla, bu ali məktəblərin böyük əksəriyyəti tanınmır. Bu isə o universitetlərin məzunlarının diplomlarının tanınması ilə bağlı ciddi problemlər yaradır. Azərbaycanda qiyabi təhsil ümumiyyətlə tanınmır. Halbuki belə tələbələrin böyük əksəriyyəti qiyabi və ya distant formada oxuyur və nəticədə diplomları Azərbaycan Elm və Təhsil Nazirliyində təsdiqlənmir. Bu isə onların iş tapmaq imkanlarını məhdudlaşdırır”.

Ekspert əlavə edib ki, bu vəziyyət yalnız təhsil sisteminə deyil, həm də ölkənin iqtisadi və sosial sahələrinə təsir göstərir:

“Bu səbəbdən gənclər xaricdə təhsil almaq qərarı verərkən yüz ölçüb, bir biçməlidirlər. Ən yaxşı yol dövlət proqramı ilə təhsil almaqdır. Dövlət proqramına qoşula bilməyənlər isə əyani təhsilə üstünlük verməli, qəbul prosesindən keçməlidirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.