Cia.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifəti və xaricdən dəstəklənən qeyri-hökumət təşkilatlarını qarşıdakı seçkilər dövründə ölkədəki sabitliyi pozmağa çalışmaqda ittiham edib. Papuaşvili jurnalistlərlə görüşündə.deyib: "Bəzi QHT və partiyalar xaricdən edilən diqtə ilə bu təhlükəli yola qədəm qoyublar. Bu yol birbaşa "maydan"a, qan tökülməsinə və iğtişaşlara aparır".
Papuaşvilinun sözlərinə görə, söhbət səsvermə günündə - oktyabrın 4-də müxalif qüvvələrin "dinc inqilab" etmək planlarından gedir.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.