Bu bürclərə inanmamışdan əvvəl iki dəfə düşünün - YALANÇIDIRLAR
Bəzən bürclərin xarakter üzərində təsiri barədə mübahisələr bitmir. Kimisi bürclərə kor-koranə güvənir, kimisi isə bunu sadəcə əyləncə hesab edir. Amma astroloqların son paylaşımı xüsusilə diqqət çəkib və məlum olub ki, bəzi bürclər başqalarına nisbətən daha çox yalan danışmağa meyllidir.
Belə ki, astroloqların apardığı müşahidələrə görə, Əkizlər, Əqrəb, Tərəzi və Oxatan ən çox yalan danışan bürclər sırasında göstərilir. Siyahı yayımlandıqdan sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumatda qeyd olunur ki, Əkizlər dəyişkən xarakterə sahib olduqları üçün tez-tez fikir dəyişirlər. Əqrəb sirr saxlamağı bacardığından bəzən həqiqəti gizlətməyi üstün tutur.
Tərəzi qarşısındakı insanı incitməmək üçün “şirin yalanlar”a meyl göstərə bilər.
Oxatan isə azad ruhlu və macərapərəst olduğu üçün həqiqəti yumşaltmağa çalışır.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.