Tanınmış müəllim sirləri açdı : “ Sonu mənim üçün yaxşı olmasa da deməliyəm...”
“Müəllimi olduğum Füzuli rayon Qayıdış qəsəbə 7 saylı tam orta məktəbdə aprel ayından işıq yanmır. Transformator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır, məktəb qəzalı vəziyyətdədir. Nazirlik üzərinə düşən işlərin birini də yerinə yetirmir”.
Cia.az xəbər verir ki, bu sözləri tanınmış müəllim, şair Mirmehdi İbişov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Füzuli rayon, Qayıdış qəsəbəsi 7 saylı tam orta məktəbində dərs deyən Mirmehdi bəy giley-güzarına belə davam edib:
“Bir dəfə də olsun əlinə jurnal alıb sinifə girməyənlər təhsildən danışır. Nazirimiz problemlərdən elə danışır, elə bil, heç bu məsələlərə dəxli yoxdur. Hamı bir-birini aldadır. İki övladım bu məktəbdə təhsil alır. Havalar soyuyur. İstilik sistemimiz elektriklədir. Uşaqlarımı hava soyuyan kimi məktəbə qoymayacağam. Dərslik yoxdur, PDF göndərirlər ki, çıxarın və bununla keçinin.
Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər? O boyda nazirlikdən bir nəfər çap olunmuş dərsliklərə baxmır. Dərsliklərdə elə səhvlər var ki, adam xəcalət çəkir. Baş qarışıb qrant müsabiqələrinə – “molla aşı görüb, Quran yaddan çıxıb”.
Adamın brifinqdə danışdıqları birbaşa məhkəmə predmetidir. Yazmaq məcburiyyətindəyəm, sonu mənim üçün yaxşı olmasa da”.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.