Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.