Tərəflərdən biri (kişi) boşanmaq istəyirsə və bu zaman xanım hamilədirsə, hamiləlik dövründə və eyni zamanda uşağın 1 yaşı tamam olana qədər razılıq verilməzsə, hər hansı bir nikahın pozulması mümkün deyil. Qadın razılıq verməsə, uşağın 1 yaşınadək tərəflər arasında boşanma ola bilməz”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib. O bildirib ki, qadın əgər bu məsələ ilə bağlı təzyiqlər altındadırsa, polisə yaxud icra hakimiyyətinə müraciət edə bilər:
“Tərəflərdən biri (kişi) boşanmaq istəyirsə və bu zaman xanım hamilədirsə, hamiləlik dövründə və eyni zamanda uşağın 1 yaşı tamam olana qədər razılıq verilməzsə, hər hansı bir nikahın pozulması mümkün deyil. Qadın razılıq verməsə, uşağın 1 yaşınadək tərəflər arasında boşanma ola bilməz. Digər tərəfdən, qadın əgər bu məsələ ilə bağlı təzyiqlər altındadırsa, polisə yaxud icra hakimiyyətinə müraciət edə bilər”.
Hüquqşünas qeyd edib ki, psixoloji təsir və təzyiqin özü də məişət zorakılığı hesab olunur:
“Azərbaycan Respublikasının Məişət zorakılğının qarşısının alınması haqqında qanununa əsasən, qadın faktiki olaraq, məişət zorakılığı qurbanı qismindədir. Bu qanunda sırf tələb olunmur ki, kiməsə fiziki şiddət göstərəsən. Psixoloji təsir və təzyiqin özü də məişət zorakılığı hesab olunur. Bununla bağlı, hətta həmin adamın özünə qarşı müəyyən vəzifələr üzərinə qoyulmaqla, qadından uzaqlaşdırılması haqqında qərar verilə bilər. Lakin qadın boşanamağa razılıq verərsə, boşanma baş tutur”.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.