Babək Mərkəzi Xəstəxanasının rəhbərliyi şəkər xəstələrinə ayrılan dərmanları vermir - ŞİKAYƏT
Babək rayonu, Xəlilli kənd sakini Quliyev Əmrah Məhərrəm oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Babak Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dövlət tərəfindən ayrılan dərmanları onlara verməkdən imtina edir:
“Mən, Quliyev Əmrah Məhərrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, şəkər xəstəsiyəm, ağır dərmanlar qəbul edirəm. Neçə gün komada olmuşam. Hazırda dövlət tərəfindən ayrılan iynə-dərmanlarımı ala bilmirəm. Əvəzedici dərmanların mənə köməyi olmur.
Nazirliyə şikayət edirəm ki, dərmanları vermirlər, deyirlər, “biz neyniyək”, tender keçirilir, kim ucuz verir ondan alırıq.
Babək Rayon Mərkəzi Xəstəxanasının işçiləri və rəhbərlik bizə yazılan dərmanları vermir. Əvəzedici vasitələr verirlər.
Səhiyyə Nazirliyinə, TƏBİB-ə teleqrama vurmuşam. Cavab gəlib ki, mənə yazılan dərmanları versinlər. Amma xəstəxana işçiləri öz bildiklərini edirlər. Mənim dərmanlarımın bir dənəsi aptekdə 7-8 manata satılır, almağa imkanım yoxdur”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.