İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar. DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onlardan 8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, F.Səlimov və A.Süleymanov barəsində həbs qətimkan təbiri seçilib.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.