banner
banner

Sosİal

Bu gündən hava pisləşəcək

Bu gündən hava pisləşəcək

Sentyabrın 26-da Azərbaycanda bəzi rayonlarda yağış yağacağı gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Bildirək ki, Milli Hidrometeorologiya Xidməti hava şəraitinin bu gündən pisləşəcəyi və bunun 3 gün davam edəcəyi haqda xəbərdarlıq yayıb. 

Bellə ki:

- 26 sentyabr: Günorta saatlarında güclü külək müşahidə olunacaq, lakin digər vaxtlarda hava əsasən qismən günəşli olacaq. Maksimum temperatur 24°C, minimum 15°C təşkil edəcək.  

- 27 sentyabr: Küləyin sürəti 65 km/saat-a çatacaq. Gün ərzində buludlu və ara-sıra yağışlı hava gözlənilir. Maksimum temperatur 17°C, minimum 15°C olacaq.

- 28 sentyabr: Səhər saatlarında bəzi yerlərdə yağış yağacaq, günün qalan hissəsində isə hava buludlu olacaq. Maksimum temperatur 20°C, minimum 15°C təşkil edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.