banner
banner

Sosİal

Suyun qiyməti artırılır? - “Tarif Şurasına təqdim olunacaq” - RƏSMİ

Suyun qiyməti artırılır? - “Tarif Şurasına təqdim olunacaq” - RƏSMİ

Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib.

Cia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O bildirib ki, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir:

“İsrafın qarşısını almaq və su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqidir. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.