Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları keçdi - Yenilənib
"Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.
Cia.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Belə ki, Bakı vaxtı ilə saat 18:36-a olan məlumata görə, metalın qiyməti bir unsiya üçün 3980,2 dollara (+1,74%) qədər artıb.
***
Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan xarici ölkələrdən 29 min 594 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacaqları) idxal edib.
Mərkəzi Bank bir müddət əvvəl əhalinin kreditləşməsində risklərin azaldılması və maliyyə dayanıqlığının qorunması məqsədilə kredit limitlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.