Bakıda “V&V Company” tərəfindən keçirilməsi planlaşdırılan “Qrand 2014” mükafatlandırma mərasimi təxirə salınıb. Bu haqda şirkətin rəhbərlərindən biri Vadim İlişayev sosial şəbəkədə yazıb. O, xəbərdə gecənin təxirə salınmasının səbəbini açıqlayıb: “Şirkətimiz ötən gün ölkədə baş verən, neçə insanın həyatına son qoyan dəhşətli faciədə dünyasını dəyişənlərin ailəsinə başsağlığı verir. “V&V Company” bununla əlaqədar mayın 27-də keçirilməsi nəzərdə tutulan “Qrand 2014” mükafatlandırma mərasimini təxirə salıb. Mərasimin keçiriləcəyi dəqiq tarix bir müddətdən sonra elan olunacaq. Allah ölənlərə rəhmət eləsin”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.