banner
banner

Hərbİ

Azərbaycan hərbçiləri bu bölgəyə göndərilir? —AÇIQLAMA

Azərbaycan hərbçiləri bu bölgəyə göndərilir? —AÇIQLAMA

"Politico” nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya və Pakistan Qəzza zolağına sülhməramlı qüvvələr göndərmək üçün əsas namizəd ölkələr hesab olunur.
Bu, nə dərəcədə realdır ?
Hurriyyet.Az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan deputat Azər Allahverənov deyib ki, KİV-də müəyyən məlumatlar getdi ki, Azərbaycanın sülhməramlı qüvvələrinin Qəzzaya göndərilməsi mümkün ola bilər, amma konkret mənbələr göstərilmir:
"Ola bilər sadəcə bir fikir olaraq dilə gətirilir. Xüsusən Pakistan, İndoneziya və Azərbaycanın sülhməramlıları qeyd olunur.
Pakistan sülhməramlılarının az da olsa müəyyən münaqişə ocaqlarında olduğunu görmüşük. Azərbaycan sülhməramlıları fəal sürətdə bir çox qaynar nöqtələrdə missiya həyata keçiriblər. Sonuncu missiyalardan biri məhz Əfqanıstanda olmuşdu. 
Bir sıra dövlətlər var ki, onlar Qəzzada belə bir missiyanın tərkibində ola bilərlər. O dövlətlərdən biri də Azərbaycan ola bilər. Azərbaycan sülhməramlıları bu missiya üçün tələb olunan peşəkarlığı malikdir".
 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.