banner
banner

Gündəm

“Şikayət edib tutdurursan, nə xeyri var?”

“Şikayət edib tutdurursan, nə xeyri var?”

“Mənim qardaşım nəvəsi bu yaxınlarda avtomobil qəzası keçirərək ölüb”. 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dünən yanan binanın sakinləri ilə görüşü zamanı bildirib: “Bu hadisə bizim ailəmiz üçün gözlənilməz oldu. Qardaşım nəvəsi avtomobil idarə edərkən qarşıdan gələn avtomobillə toqquşub. Günahkar qarşıdan gələn avtomobilin sürücüsü olmasına baxmayaraq, mən və qardaşım bununla bağlı heç yerə şikayət etmədik. Çünki öləni qaytarmaq heç cür mümkün deyil. Bu faktdır. Şikayət edib tutdurursan, xeyri var? Əsas budur ki, ölməsin. Amma öləndən sonra heç kəs onu qaytara bilmir”.

H.Abutalıbov vurğulayıb  ki, dünən yanan binada itki olması hər kəs kimi onu da ağrıdır: “Mən ömrüm boyu bu ağrını çəkəcəm. Ölənlər mənim balalarım, bacılarım, qardaşlarımdır”.

Xatırladaq ki, dünən Bakıda Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada yanğın olub. Nəticədə 15 nəfər dünyasın dəyişib, 60-dan çox yaralı var.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.