banner
banner

Sosİal

Bu ərazilərə yağış yağıb

Bu ərazilərə yağış yağıb

Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntı intensiv olub, Şahdağa qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub.

Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Avtobusla Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.

Gələn ildən sosial yardım nə qədər artacaq?

2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.