Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.
Cia.az Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıdan olan fermerlərin sözlərinə görə, mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.
Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər.
Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
"Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.
Mərkəzi Bank bir müddət əvvəl əhalinin kreditləşməsində risklərin azaldılması və maliyyə dayanıqlığının qorunması məqsədilə kredit limitlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Vətəndaşlar və sahibkarlar mütəmadi olaraq, ən sərfəli kredit şərtləri təklif edən bankların axtarışındadır. Azərbaycanda fəaliyyət göstərən banklar istehlak, biznes və digər kredit növləri ilə bağlı müxtəlif formalarda kredit imkanları təqdim edir.