Bakıda FACİƏ: 7 yaşlı oğlu ilə sükan arxasına keçən ata uşağın ölümünə səbəb oldu
Oktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cia.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq "BMW" markalı avtomobilə əyləşib.
Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gəlib və hasara çırpılıb. Dominos pizza
Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Masallı rayonu, Xıl kənd sakini Məmmədova Ayşən Əlvan qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir: