banner
banner

Təhsİl

Xəstəxana direktoru işçini döyüb? - Video

Xəstəxana direktoru işçini döyüb? - Video

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.

Cia.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

İddiaya görə, xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb.

Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində quruma daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.

“X.Cümşüdova müraciətlərində “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin bir qrup əməkdaşı tərəfindən ondan pul tələb olunduğunu, tələb olunan pulu vermədiyi üçün təzyiqə məruz qaldığını, işdən çıxmasının tələb olunduğunu, həmin tələblərə əməl etmədikdə isə Xəstəxananın İnsan resursları şöbəsinin müdiri tərəfindən döyülərək burnunun qanadığını bildirib. İddiada adı keçən şəxslərin hər birinin izahatları alınıb, məsələ ilə bağlı verdikləri izahatlarında qeyd olunan halları təkzib edilib.

Həmçinin X.Cümşüdova tərəfindən müraciətində qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilməyib.

Araşdırma nəticəsində əmək funksiyalarının icrası zamanı nöqsana yol verməsi və iş yerində əmək və icra intizamını pozması səbəbindən (icazəsiz işə gəlməməsi, işçilərin öz əmək funksiyalarını yerinə yetirməsinə mane olması və s.) X.Cümşüdovanın bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunduğu, yekun olaraq, 10.01.2025-ci il tarixli əmrlə X.Cümşüdova ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən olunub.

Əmrdən narazı qalan X.Cümşüdova “əmrin ləğvi və işə bərpa” tələbi ilə məhkəməyə müraciət edib və iddia təmin olunmayıb.

İş materiallarında X.Cümşüdovanın yerli icra hakimiyyəti orqanının başçısına və Xəstəxana rəhbərinə ünvanlanmış 27.06.2024-cü il tarixli müraciətlərindən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərinin emosional vəziyyətdə yazılaraq həqiqəti əks etdirmədiyini bildirdiyi aydın olur.

X.Cümşüdovanın digər iddialarına hazırda aidiyyəti dövlət qurumları ilə birgə baxılır”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı olduğu deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.