banner
banner

Gündəm

Qəza törətdi, sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırdı, özü isə 2 aydır tapılmır... - ŞİKAYƏT

Qəza törətdi, sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırdı, özü isə 2 aydır tapılmır... - ŞİKAYƏT

Bakı şəhər sakini Quliyev Nurlan Fitatxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Hərbi prokuror, ədliyyə general-mayoru Əhmədov Bəhruz Vidadi oğluna müraciət edir:

“Cənab Bəhruz Əhmədov!

Mən, Quliyev Nurlan Fitatxan oğlu, yazaraq bildirirəm ki, sentyabrın 1-də 63 yaşlı atam Quliyev Fitatxan Savad oğlu Abşeronun Pirəkəşkül kəndi ərazisində maşınla vurulub.

Bildirim ki, atam "ayıq sürücü" olaraq müştərini ünvana aparıb. Maşından düşəndən sonra isə onu başqa bir avtomobil vurub. Vuran şəxs öz maşını ilə atamı Pirəkəşkül Xəstəxanasına qoyub. Həmin gündən qəza törədən şəxs haqqında məlumatsız qalmışıq.

Həkimlər xəstənin vəziyyətini ağır olduğunu görüb, 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") göndəriblər. Atam ciddi zərbələr alıb. Amma hələ də vuran şəxs tapılmır. Az da olsa, məlumatları toplamışıq və bütün sübutlar prokurorluğa təqdim olunub.

Hazırda atamın müalicəsi üçün yüksək məbləğ tələb olunur. Qəzanı törədən şəxs isə 63 yaşlı yaşlı adamı şikəst qoyub gedib, evində rahat yaşayır. 

Onu da qeyd edim ki, qəza törədən şəxs hərbi hissədə işləyir. Onun haqqında əldə etdiyim bütün məlumatları bu yaxınlarda paylaşacam. Mənə dəyən zərər bu günə kimi ödənilməyib. Atamı ölümə tərk edən şəxs haqqında heç bir tədbir görülmür.

Mən Sizdən xahiş edirəm, tapşırıq verin, bu şəxsin kimliyi öyrənilib, məsuliyyətə cəlb olunsun". 

Jalə FAMİLQIZI



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Azərbaycanda məmurlar öz sələflərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. "Azərbaycan gömrüyü, dünən, bu gün, sabah" adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür.

DYP-dən sürücülərə xəbərdarlıq - Tədbirlər gücləndirildi

Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Baş nazirdən Şuşa ilə bağlı sərəncam

Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Prezident təsdiqlədi: Onlara verilən pulun məbləği artırıldı

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb.