Kritik mərhələdəyik, Ukrayna ordusunun irəliləyişi var
Ukraynada müharibə özünün ən kəskin mərhələsindədir, lakin ukraynalı müdafiəçilər müəyyən irəliləyiş əldə edirlər.
Cia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko bildirib.
"Hazırda kritik mərhələdəyik: Kupyansk, Pokrovsk və Liman əraziləri... Amma mən Milli Qvardiyanın hərbçilərindən danışacağam: biz öz mövqelərimizi saxlayırıq və hücum əməliyyatları keçiririk. Hazırda Pokrovsk və Kupyansk sektorlarında ayrı-ayrı xüsusi təyinatlı birləşmələr işləyir. Bəzi sahələrdə, xüsusən də Kupyansk sektorunda irəliləyiş əldə edirik.
Donetsk vilayətinin Mirnoqrad rayonu yaxınlığında da uğurlar var. Bəzi yerlərdə vəziyyəti sabitləşdirməyə və düşməni geri çəkilməyə məcbur etməyə nail oluruq. Bununla belə, bu, vaxt tələb edir”, - o qeyd edib
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.