Müğənni Şəbnəm Tovuzlu bu gün "Həmin Zaur" verilişinə gecikib.
Aparıcı Zaur Kamal proqramına 5 dəqiqə gecikən ifaçını 200 manat cərimələyib.
Daha sonra isə aparıcı ehtiyacı olan ailəyə zəng vurub və Şəbnəm Tovuzlunun ona 200 manat pul göndərəcəyini bildirib.
Qeyd edək ki, Zaur bir neçə gün əvvəl proqramına gecikən meyxanaçılar Baləlini 500, Mirfəridi isə 300 manat cərimələmişdi. O, verilişinə gecikən bütün sənətçiləri cərimləyəcəyini və həmin pulların xeyriyyə məqsədi ilə istifadə olunacağını açıqlamışdı. (Axşam.az)
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.