Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq.
Bu barədə Cia.Az-a MSK-dakı mənbə məlumat verib. Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq.
Məlumatlı şəxs bildirib ki, MSK-nin yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çemodan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb.
Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.