Bakının Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğına dövlətin güc strukturları operativ reaksiya verdi. Hadisə barədə məlumat daxil olan kimi əraziyə Daxili İşlər, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsləri gəldi. Bir qədər sonra isə hadisə baş verən ünvana Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəldi. O yanan binada zərərçəkən şəxslərin ailələri ilə görüşdü. Bakının merinin hadisə yerinə gəlməsi zərərçəkən ailələlərin narahatlığına son qoydu. Çünki buna qədər yanan binanın sakinlərinin və zərərçəkənlərin aqibətinin necə olacağı sual altında idi.
Bakə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlara dəyən bütün ziyanın ödəniləcəyini və onların evlərinin təmir olunana qədər müvəqqəti mənzillərlə təmin ediləcəyini bildirib. Mer yanğında zərər çəkən ailələrdən üzr istədi.
Bundan sonra Hacıbala Abutalibov yanan binanın sakinləri ilə birliklə mənzillərə baxış keçirməyə yollandı. Baş verən hadisə ilə yerində tanış oldu. Bakı merinin göstərişi ilə sakinlərə yanan mənzillərdə ziyan dəyməyən əşyaların çıxarılmasına imkan yaradıldı. Bakı meri şəhərdə bu cür fasadlarla təmir olunan digər binanaların gələcək aqibəti haqqında da ANS-ə açıqlama verdi. O qeyd etdi ki, əgər təsdiq olunsa ki, binanın yanamasına səbəb hazırki üzlükdür, onda bu üzlüklər bütün binalardan söküləcək. Əgər yox binanın yanması üzlükdən yox, başqa səbəbdəndirsə onda üzlüklər qalacaq.
Qeyd edək ki, hadisə zamanı mənzillərlə yanaşı binanın həyətində olan 10-na yaxın avtomobilə də ziyan dəyib. Avtomobillər tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.