Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı artmaqda davam edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin aprel ayında bu e-xidmətdən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 40,4%, fevral ayı ilə müqayisədə 32,3%, mart ayı ilə müqayisədə isə 69,6% artaraq 14018 nəfər təşkil edib. Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə cari il mayın 1-dək ümumilikdə 61564 nəfərə müvafiq arayışların verilməsi təmin olunub. Bununla da həmin vətəndaşların müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bu proses üçün vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb.
Vətəndaşların fəal şəkildə və real vaxt rejimində yararlandıqları bu e-xidmət eyni zamanda arayışın təqdim olunduğu təşkilatlara həmin arayışlarda əksini tapan məlumatların, o cümlədən əmək haqqı barədə göstəricilərin dürüstlüyünü yoxlamaq imkanı verir. Bunun üçün e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə olunur. Bu amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin getdikcə sürətlənməsinə səbəb olub.
İş yerinə dair e-arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur. İstifadəçi bu arayışı istəyinə uyğun olaraq orada əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.