Dünən Binəqədidə baş verən dəhşətli yanğından bir ailənin üç üzvü həlak olub. Elə gecədən sosial şəbəkə istifadəçiləri bacı-qardaşın (Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızı ( 20 yaş)) faciəvi ölümü ilə bağlı fikirlər paylaşırdılar.
Daha sonra məlum oldu ki, təkcə Ülkərlə qardaşı Davud deyil, elə anaları Zülfiyyə Şirinova da yanğında ölüb.
Ülkər Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi olub. Gənc qızın nişanlı olduğu deyilir və yaxınlarda toyu olacaqmış. Qonşuları bildirib ki, ailə yanan binaya təzə köçübmüş, kirayə qalırdılar. Bundan əvvəl isə qonşu binada yaşayırmışlar.
Eyvazov Davud isə 283 nömrəli məktəbin 10-cu sinif şagirdi idi.
Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin dekanı Nazim Şəmilov Ülkərin faciəvi ölümü ilə bağlı açıqlama verib. O bildirib ki, Ülkər çox fəal tələbə olub: " Fakültəmizin Torpaqşünaslıq ixtisası üzrə 3-cü kurs, rus sektorunda oxuyan fəal tələbələrindən biri idi. Çox intizamlı, səliqəli tələbə idi. Avropa Oyunları könüllülərindən idi. Dünən onların imtahanı var idi. Ülkər könüllü olduğu üçün imtahandan azad olunmuşdu. O, könüllülərin baş ofisinə getməli idi. Tale elə gətirib ki, ora da getməyib".
Qeyd edək ki, onların atası Hamir Eyvazovun vəfat etdiyi deyilsə də, yaxınları atalarının ailəsindən illər əvvəl ayrı, Sabirabadda yaşadığını bildiriblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.