“Mətanət A” şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? - TƏFƏRRÜAT
“Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verib.
Hurriyyet.Az Teleqraf-a istinadla xəbər verir ki, şirkət ekspeditoru 40.715 manat mənimsəməkdə ittiham edib. İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümümilikdə 159297,37 manat nağd pul vəsaitinin 40.715,95 manatını mənimsəyib.
Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2000.0 manatını xəzinəyə ödəməyib. O, bunu səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması ilə, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsiylə izah edib. Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb. Qeyd edək ki, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirovdur.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.