Mobil telefon və qulaqcıqlardan istifadə - DYP-dən XƏBƏRDARLIQ
Piyada vurma hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bildirilib ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük hissəsi piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, nəqliyyat vasitələrinin qarşısına qəfil çıxması, yolu keçərkən ətrafı lazımi qədər qiymətləndirməməsi və ümumilikdə qaydalara etinasız yanaşması ilə bağlıdır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xatırladır ki, yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməklə keçmək, svetoforun siqnallarına əməl etmək və hərəkətə başlamazdan əvvəl sürücülərlə göz təması yaratmaq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Yolu keçərkən mobil telefondan və qulaqcıqlardan istifadə diqqəti yayındırır və qəza ehtimalını artırır. Eyni zamanda dayanmış nəqliyyat vasitələrinin önündən qəfil yola çıxmaq və qaçaraq yolu keçməyə cəhd etmək həyatınıza bir anda son qoya bilər, çünki bu hal sürücülərin sizi vaxtında görməsini və manevr etməsini demək olar ki, mümkünsüz edir.
BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır.
Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.
Noyabrın 11-də Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan, içərisində 20 Türkiyə hərbçisinin olduğu "C-130"un qalıqları üzərində araşdırma işləri davam edir. Artıq 20-ci şəhidin də nəşi tapılıb və bununla da axtarış-xilasetmə işləri başa çatıb. Qeyd edək ki, təyyarənin “qara qutu”su da tapılıb və Türkiyəyə aparılıb.