banner
banner

Gündəm

Əli Əhmədov xəstəxanaya getdi

Əli Əhmədov xəstəxanaya getdi
Baş nazirin müavini Əli Əhmədov Bakıda baş verən yanğında yaralanan xəstələrə baş çəkib.
Yeni Azərbaycan Partiyasının saytına istinadla verdiyi məlumata görə, Baş nazirin müavini yanğında yaralanan xəstələrin vəziyyəti ilə tanış olmaq üçün Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində olub. 


Baş nazirin müavini yaralılarla görüşüb. Tibb heyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Xatırladaq ki, yanğın hadisəsi ötən gün səhər saatlarında Binəqədi rayonunda baş verib. Binanın fasadından başlayan yanğın bir anda bütün binanı bürüyüb. 

Hadisə nəticəsində 15 nəfər ölüb. Onlarla insan yaralanıb. Ölənlərdən 4-ü azyaşlıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.