banner
banner

Gündəm

Qızıl Aypara Cəmiyyəti yardım toplayıb

Qızıl Aypara Cəmiyyəti yardım toplayıb
"Vətəndaşlar bizə zəng edirlər, müxtəlif yollarla müraciət edirlər ki, yanğından zərər çəkən sakinlərə yardım etmək istəyirlər. Dövlət tərəfindən yardım edilsə də, biz vətəndaşlara da yardım aksiyasında iştirak etmək üçün imkan yaradırıq".


Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva deyib. "Bizə yardımla bağlı 21 nəfər müraciət edib. Geyim, məişətdə istifadə olunan müxtəlif əşyalarla, sabun və sairlə kömək edirlər", - deyə o bildirib.

Afət Quliyeva Caz mərkəzində toplanan yardımdan da danışıb. "Hələlik Caz mərkəzində toplanan yardım haqqında məlumatımız yoxdur. Hər iki yerdə toplanan yardımlar bir yerə yığılacaq və vətəndaşlara paylanacaq", - deyə Az QAC-ın sədri əlavə edib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.