Azərbaycanda Baş nazirin birinci müavini istefa ərizəsi yazdı
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb.
Cia.az xəbər verir ki, o, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib.
Hələlik E. Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir. Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyinat alıb.
Naxçıvan Nazirlər Kabinetinin rəhbərliyində isə iki şəxs təmsil olunur: Baş nazir və onun birinci müavini. Hazırda quruma Elşad Əliyev rəhbərlik edir. Muxtar respublikaya yeni Baş nazir təyin olunduqdan sonra onun istefa ərizəsinin qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 12-də Elşad Əliyevin 65 yaşı tamam olub. Onun istefa ərizəsi yazması da dövlət qulluğunda xidmətin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, Elşad Məmmədqulu oğlu Əliyev 1960-cı ildə anadan olub. 2002-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra Hakimiyyətinin başçısı, 2013-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrində işləyib. 2018-ci ildə muxtar respublika Baş nazirinin birinci müavini təyin olunub. Bununla bağlı sərəncamı Naxçıvan Ali Məclisinin o zamankı sədri Vasif Talıbov imzalayıb. (Yenisabah)
Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.
Noyabrın 11-də Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan, içərisində 20 Türkiyə hərbçisinin olduğu "C-130"un qalıqları üzərində araşdırma işləri davam edir. Artıq 20-ci şəhidin də nəşi tapılıb və bununla da axtarış-xilasetmə işləri başa çatıb. Qeyd edək ki, təyyarənin “qara qutu”su da tapılıb və Türkiyəyə aparılıb.