“Xərçəng saçlarımı tökdü, parik taxıram” - Müğənni
Türkiyəli popstar Ajda Pekkanın müğənni bacısı Semiramis Pekkanın ağciyərində şiş aşkarlanıb.
Tanınmış sənətçi müalicə prosesini və təcrübələrini pərəstişkarları ilə bölüşüb.
Müalicənin əks-təsirlərindən danışan Pekkan, "Pis heç nə yoxdur, pis heç bir şey olmayacaq. Çünki mən bir dəfə qərar vermişəm. Sağalmaq üçün müalicə olunuram, amma sonda sizə zəhər yeridirlər. Zəhərin başqa bədbəxtliklərə səbəb ola biləcəyindən narahatdırlar. İsrarla müalicəyə davam edirəm", - deyib.
Müalicə zamanı saçlarının töküldüyünü vurğulan Pekkan parik taxmağa başladığını açıqlayıb: "Bu müalicəni alan insanların saçları tökülür. Mən də saçlarımı itirmişəm. Özüm üçün dörd parik tikdirmişəm. Çox rahatdır". \Metbuat.az
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.