Ölkəmizə 500 min nəfər “quru yolu ilə” necə gələ bilib?
Rəsmi məlumatda deyilir ki, bu ilin ilk 10 ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3%-i hava, 22,4%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Yaxşı, əcnəbilərin ölkəmizdən quru sərhədlərlə çıxışına, GETMƏSİNƏ tam icazə var, sərbəstdirlər, onların ölkədən quru sərhədlərlə buraxmamağa Azərbaycanın hüququ yoxdur – bunu bildik, bəs ölkəmizə GƏLƏN xarici vətəndaşların, təqribən 25%-i dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə necə daxil olublar?! Bunların hamısı TİR sürücüsü ola bilməz axı, sayları 500 min nəfərdən çox edir, bəs necə quru sərhədlərdən, yaş sərhəd olan dənizdən ölkəmizə gəliblər?! Onlara olar, bizə ÖZ ölkəmizə gəlmək olmaz?!” - o bildirib.
Ekspert vurğulayıb ki, quru sərhədlərin bağlı olması iqtisadiyyata, turizmə ziddi ziyan vurur.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. BakuPost
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.