banner
banner

Gündəm

“Bravo” buna görə cərimələnə bilər – SƏBƏB

“Bravo” buna görə cərimələnə bilər – SƏBƏB

“Bravo” supermarketlərin sahibi “Azərbaycan Supermarket” MMC ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.

Cia.az xəbər verir ki, “Bravo”nun İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əlayhinə olan 275.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

“Bravo” ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə 28 noyabr tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Tribunainfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.