Ev dustaqlığına buraxılan müğənni ilk solo konsertini verəcək
Bir neçə gün öncə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova solo konsert verəcək.
Cia.az xəbər verir ki, o, dekabrın 16-da şəhər restoranlarından birində səhnəyə çıxacaq.
Bu, müğənninin həbsdən sonra verəcəyi ilk solo konsertdir.
Gecəninin xüsusi qonağı ifaçının qızı Aysun İsmayılova olacaq.
Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.
Sənətçi bildirib ki, tamaşaçı sevgisi onun üçün çox önəmlidir və geyim seçimində də məhz bunu nəzərə alır. Onun sözlərinə görə, izləyicilərin böyük bir qismi onu açıq-saçıq geyimdə görmək istəmir və bu, bəzən onu seçim qarşısında qoyur.
Ümumiyyətlə, əgər bir problem varsa, gec-tez onun bir nəticəsi olmalıdır. Nəticənin müsbət və ya mənfi olması ikinci məsələdir, əsas odur ki, reaksiya var.
Yeni il yaxınlaşdıqca, Yeni il gecəsi səhnəyə çıxacaq müğənnilərin alacaqları məbləğlər də bəlli olmağa başlayıb. İddialara görə, bu il rekord qonorar alacaq ad Tarkan olacaq.