Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi
“Ekvita Consulting” şirkəti barəsində Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.
Cia.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb şirkətin 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamasıdır.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən yayınan şirkət Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehtidir.
Şirkət hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə konsaltinq sahələrində xidmət göstərir. İlqar Mehtinin maliyyə nazirinin müavini Anar Kərimovun yaxın qohumu olduğu bildirilir.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.