İngiltərədə sevgilisini qısqanan Vincent Vernon onu döydüyü üçün bir müddət həbsxana həyatı yaşayıb.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Vincent Vernon bugünlərdə həbsdən azad olunub və azad olunan kimi sevgilisinə daha bir xəsarət yetirib. O, qadın başına qaynar su tökərək yandırıb. Yanıq şöbəsində 18 gün qalan 38 yaşlı Rachel Halliwell əvvəlcə şokun təsirindən heç nə hiss etmədiyini desə də, 4-5 gün sonra dözülməz ağrıları başlayıb. Bu dəfə hakim Vincent Vernona 6 il həsb cəzası verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.