banner
banner

Təhsİl

Məktəb direktoruna qarşı ittihamlar – Araşdırmalara BAŞLANILDI

Məktəb direktoruna qarşı ittihamlar – Araşdırmalara BAŞLANILDI

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseydə çalışan müəllimin direktor Lalə Ənvər qızı Bədəlova barəsində səsləndirdiyi iddialar ictimai müzakirələrə səbəb olub.

Cia.Az xəbər verir ki, Redaktor.Az-ın məlumatına görə, Şimal.News-a müraciət edən müəllim bildirib ki, direktor onun şəxsi yazışmalarının ekran görüntülərini öz telefonuna çəkərək müəllim heyəti arasında yayıb. Şikayətçi əlavə edib ki, direktor müəllimlərin adına artıq dərs saatları yazmaqla əməkhaqlarının bir hissəsini mənimsəyir, həmçinin şagirdlərin məktəbə qəbulu zamanı rüşvət alır. O iddia edib ki, direktor ştatda deyil, yalnız müqavilə əsasında fəaliyyət göstərir.

Bununla yanaşı, redaksiyaya təqdim olunan görüntülərdə direktorun möhür və imzası ilə müəllimlərin əməkhaqqından 1 faiz məbləğində vəsaitin “fond pulu” adı altında tutulduğu da əks olunub.

Şikayətçi müəllim qeyd olunan faktlarla bağlı artıq rayon prokurorluğuna rəsmi müraciət etdiyini də bildirib.

Məsələ ilə bağlı Şimal.News məktəb direktoru Lalə Bədəlova ilə əlaqə saxlayıb. O, cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verməsə də, məktəblərə qəbulun yalnız portal üzərindən aparıldığını, əməkhaqqıdan vəsait tutulması ilə bağlı səsləndirilən fikirlərin isə əsassız olduğunu vurğulayıb.

Qaranlıq qalan məqamlarla bağlı Quba–Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən hazırda yoxlama aparılır.

Açıqlamada vurğulanıb ki, araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək və bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.