"Bu il həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb".
Cia.az xəbər verir ki, b sözləri BAKU.WS-ə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.
Onun sözlərinə görə, həmin qiymətləndirmələr əsasında gələcək illərin ehtiyatların bərpası üçün balıq buraxılışlarının sayını müəyyənləşdirilib:
"Eyni zamanda kvota hədlərini da müəyyən olunub. Bu proses zamanı bəzi vacib məqamlar üzı çıxdı. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alındı. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması üzə çıxdı.
Mərhələli şəkildə ehtiyatların bərpası üçün, xüsusən daxili sularda Kür-Araz və ona bağlı digər dağ çaylarında çəkikimlərin bərpası üçün növbəti illərdə bir proqram hazırlanacaq. Eyni zamanda, mərkəzin tabeliyindəki təsərrüfatlar da bu istiqamətdə öz işini görəcək".
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.